
"Problem həll olunmasa, "Milan"la birlikdə şəhəri tərk etmək məcburiyyətində qalacağıq" - "İnterin prezidenti
"İnter"in prezidenti Cüzeppe Marotta “San Siro”nun yenidən qurulması ilə bağlı problemlərdən danışıb.
Sportal.az “Football Italia”ya istinadən xəbər verir ki, klub rəhbəri hər iki klubun Milan şəhərini tərk etmək ehtimalının olduğunu da vurğulayıb:
“Futbolda çalışan biri kimi baş verənlərdən utanıram. Milanda idman ikinci plana keçib, biz Çempionlar Liqasının finalını “San Siro”da keçirmək üçün tələblərə cavab verə bilmirik. Stadion AVRO-2032-nin oyunlarına ev sahibliyi etmək hüququnu almayıb. 30 il əvvəl siyasətə gələn bəzi adamlar başa düşmürlər ki, Milan klublarının müasir problemə ehtiyacı var. Əgər problem həll olunmasa, "Milan"la birlikdə şəhəri tərk etmək məcburiyyətində qalacağıq. Bu da şəhərə ciddi zərbə olacaq. Buna baxmayaraq, mən nikbin qalıram, merin səylərini görürəm və ümid edirəm ki, sağlam düşüncə qalib gələcək”.