"Qalatasaray"ın futbolçusu "İnter"in hədəfində

"Qalatasaray"ın futbolçusu "İnter"in hədəfində

 
0

"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "İnter" türk vingeri transfer etmək istəyir. Bu barədə"Calciomercato" məlumat yayıb.

"İnter" Barış Alper üçün "Qalatasaray"a rəsmi təklif göndərib. Lakin təklifin məbləği açıqlanmayıb. İstanbul nəhəngi 25 yaşlı ön xətt oyunçusuna 35 milyon avro qiymət qoyub.

Qeyd edək ki, "Qalatasaray" Barış Alper Yılmazı 2021-ci ilin yayında "Ankara Keçiörengücü"dən transfer edib. Türkiyə millisinin üzvü ötən mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 48 rəsmi matçda 14 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.