
"Qarabağ" ÇL-də "Ludoqorets" və "Lex"lə qarşılaşa bilər
0
İyulun 21-də Nyonda (İsveçrə) Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportal.az xəbər verir ki, ÇL-in 2-ci təsnifat mərhələsində “Şelburn”la qarşılaşacaq Ağdam təmsilçisinin potensial rəqibi müəyyənləşəcək. Beləliklə, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsinə yüksəlsəlsə, səpələnmiş səbətində yer alacaq:
"Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan), “Dinamo” (Kiyev, Ukrayna) – “Hamrun Spartans” (Malta) - FKSB (Rumıniya) – “Şkendiya”(Şimali Makedoniya), “Lex” (Polşa) – “Breydablik” (İslandiya), RFS (Latviya) – “Malmö” (İsveç), KuPS (Finlandiya) – “Kayrat” (Qazaxıstan).
Üçüncü təsnifat mərhələsinin oyunları avqustun 5/6 və 12-də keçiriləcək.