
"Qarabağ" cütün taleyinin həll olunduğunu düşünür" - "Ferentsvaroş"un baş məşqçisi
0
Bu gün Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxan "Qarabağ" səfərdə "Ferentsvaroş"u 3:1 hesabı ilə məğlub etməyi bacarıb.
Sportal.az xəbər verir ki, oyundan sonra "Ferentsvaroş"un baş məşqçisi Robbi Kin bunları qeyd edib:
"Qarabağ" cütün taleyinin həll olunduğunu düşünür. Bu, bizim üçün xüsusi motivasiya olacaq. Bakıdakı qarşılaşmada daha yaxşı oynamağa məcburuq. Futbolda hər şey mümkün olduğunu nəzərə alsaq, çətin vəzifənin öhdəsindən gələ biləcəyimizəinanıram."