"Qarabağ" jurnalistlər arasında futbol turniri keçirəcək

"Qarabağ" jurnalistlər arasında futbol turniri keçirəcək

 
0

"Qarabağ"ın təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan turnir keçiriləcək.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İdman jurnalistləri arasında keçiriləcək yarışın oyunları iyulun 17-18-də baş tutacaq.

Turnirdə Peşəkar Futbol Liqasında 2024-2025-ci il mövsümü üçün akkreditasiyadan keçmiş idman jurnalistləri iştirak edə biləcəklər. Hər komandada minimum 10, maksimum 12 oyunçu yer ala bilər.

Heyəti formalaşan komandanın kapitanı siyahısını [email protected] ünvanına göndərməlidir. Müraciətlər 12 iyul saat 18:00-dək qəbul olunur.

Turnirin matçları Tofiq Bəhramov adına Respublika stadionunun məşq meydanında keçiriləcək. Yarışın keçirilmə formatı komandaların sayı dəqiqləşdikdən sonra müəyyənləşəcək. Turnir barədə əlavə məlumat veriləcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.