“Qarabağ” Makedoniya klubunun azarkeşlərinə ayırdığı biletləri satışa çıxardı

“Qarabağ” Makedoniya klubunun azarkeşlərinə ayırdığı biletləri satışa çıxardı

 
0

“Qarabağ” Şimali Makedoniyanın “Şkendiya” klubunun azarkeşlərinə ayırdığı biletləri satışa çıxaracaq.

Sportal.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi məlumat yayıb. Məlumata görə, rəqib azarkeşlər üçün satdionun 27 və 28-ci sektorları nəzərdə tutulubmuş. “Şkendiya" azarkeşlərinin oyuna qatılmaması səbəbindən həmin sektorların biletləri yerli azarkeşlər üçün avqustun 12-də saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Biletləri iTicket.az onlayn satış məntəqələrindən, Park Bulvardakı “Qarabağ”ın Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkündür.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" – "Şkendiya" görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. "Qarabağ" ilk oyunda səfərdə 1:0 hesabı ilə qələbə qazanıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.