
"Qarabağ"dan ayrıldı, 3 təklif aldı, 10 min manat maaş tələb etdi
0
"Qarabağ"ın müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verdiyi Rüstəm Əhmədzadə 3 seçim qarşısındadır.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, ötən iki mövsümü icarə əsasında "Zirə"də keçirən hücumçu Premyer Liqadan yeni təkliflər alıb.
"Sumqayıt", "Qəbələ" və "Kəpəz" onun xidmətində maraqlıdır.
"Qarabağ"ın 2022-ci ildə "Minay"dan heyətinə qatdığı Ukrayna doğumlu ön xətt oyunçusu Azərbaycanda qalmağa maraqlıdır.
Bunun üçün gərək maliyyə istəklərini yerinə yetirməyə "ok" verən olsun. Əhmədzadənin aylıq maaş tələbi 10 min manatdır.