
"Qarabağ"ın "Ferentsvaroş"la matçlarının başlama saatı açıqlandı
0
"Qarabağ"ın UEFA Çempionlar Liqasında Macarıstan "Ferentsvaroş"una qarşı keçirəcəyi pley-off oyunlarının başlama saatları açıqlanıb.
Sportal.az xəbər verir ki, avqustun 19-da "Groupama Arena"da keçiriləcək ilk oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Bakıdakı matç isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Həmin görüşə isə saat 20:45-də başlayacaq.