
"Qarabağ"ın futbolçusuna Azərbaycandan 2 təklif
0
"Qarabağ"la müqaviləsi başa çatan Patrik Andrade klubdan ayrılacaq.
Sportal.az saytına verilən məlumata görə, kabo-verdeli yarımmüdafiəçi Ağdam təmsilçisini tərk etsə də, Azərbaycanda qala bilər.
"Qarabağ"la müqaviləsi 30 iyun tarixində başa çatan Andradeyə Premyer Liqada 2 təklif var. "Neftçi" və "Sabah" gələn ay azad agent statusunda olacaq 32 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Təcrübəli oyunçu bütün təklifləri götür-qoy etdikdən sonra seçimini edəcək.
Qeyd edək ki, Patrik Andrade başa çatan mövsümdə "Qarabağ"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yyadda qalıb.