"Qəbələ" yeni transferi ilə müqavilənin müddətini açıqladı

"Qəbələ" yeni transferi ilə müqavilənin müddətini açıqladı

 
0

2025-2026-cı illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Sportal.az xəbər verir ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Adriel Ba Loua “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 28 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Onun son klubu Fransa təmsilçisi “Kan” olub. Ba Loua bunadək ASEC (Fil Dişi Sahili), “Lill” (Fransa), “Veyle” (Danimarka), “Karvina”, “Viktoriya” (hər ikisi Çexiya) və “Lex”də (Polşa) forma geyinib.

Qeyd edək ki, “Qəbələ” bunadək Prins Ovusu, İsaak Amoah və Paulo Quimbilanı heyətinə qatıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.