Qurban Qurbanov: "Bakıdakı oyunda da diqqətli olmalıyıq"

Qurban Qurbanov: "Bakıdakı oyunda da diqqətli olmalıyıq"

 
0

Bu gün "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində İrlandiyada “Şelburn”un qonağı olub. Ağdam təmsilçisi matçdan 3:0 hesablı qələbə ilə ayrılmağı bacarıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bunları qeyd edib:

- Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Dünən də demişdim ki, rəqib bu meydanda bizə istənilən an gərginlik yarada bilər. Bu gün bunun şahidi olduq. 3:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, bunu yaddan çıxarıb, cavab görüşünə daha ciddi hazırlaşmalıyıq. Az sayda azarkeşlərimiz də bizi burada tək buraxmadılar. Onlara təşəkkürümü bildirirəm.

- Cütün taleyini həll olunmuş sayırsız?

- Qətiyyən yox. Mən dünən də bildirmişdim ki, rəqib nə etdiyini bilən komandadır. Ona görə də, biz Bakıdakı oyunda da diqqətli olmalıyıq. Müdafiəçilərimiz bu matçda rəqib hücumçulara oynamağa çox da imkan vermədilər. Bizim ilk oyunumuz idi. Daha yaxşı olacağımıza inanıram.

- Bu günkü nəticəyə baxdıqda, "Dundalk"la illər öncəki matçdan dərs aldığınızı söyləmək olarmı?

- Futbol hər gün dəyişir. Biz geriyə baxsaq, gələcəkdə məğlub ola bilərik. Həm bu oyunda, həm də "Dundalk"la matçda komandanın gərgin dəqiqələri oldu. Bu da normaldır. Məncə, hər belə oyunlar bizim üçün əlavə bir təcrübə olur.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.