Qurban Qurbanov: "Mövsüm bizim üçün gərgin keçdi"

Qurban Qurbanov: "Mövsüm bizim üçün gərgin keçdi"

 
0

Azərbaycan Kubokunun finalında "Sabah" "Qarabağ"ı əlavə vaxtda 3:2 hesabı ilə məğlub edərək çempion adını qazanıb.

Sportal.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- "Sabah"ı təbrik edirəm. Qarşıdakı avrkuboklarda uğurlar arzulayıram. Futbolçularıma təşəkkür edirəm. Yaxşı mövsüm keçirdilər. Oyunçular çox ağır mövsüm keçirdilər.Hər bir futbolçudan razı qaldım. Möhtəşəm atmosfer var idi.

- Benzia çox aqressiv idi və cəzalanmaqdan qorxmurdu. Bu onun komandadan gedəcəyinə işarə idi?

- Xeyr. Belə oynlarda aqressivlik olur. Etməsə, daha yaxşı olardı. Sadəcə mövsüm bizim üçün gərgin keçdi, futbolçuları meydanda və meydandan kənardan özlərini idarə etməsi üçün çox danışıqlar oldu. Bəzən futbolda belə hallar olur. Oyunun gedişatında futbolçular əsəbiləşir. Ciddi bir şey görmədim. Normaldır.

- Köməkçiləriniz çox əsəbiləşdi. Hakimliyi necə dəyərləndirirsiz?

- Belə oyunlar hakimlər üçün də asan deyil. İnqilab Məmmədov illərin təcrübəsini göstərdi.

- Benzianın sonuncu oyunu idi?

- Hələ razılaşmamışıq. Konkret bir şey yoxdur. Təklifimizi etmişik, cavab gözləyirik.

Mirbağırağa

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.