
Qvardiola: "Çempionlar Liqasına vəsiqə qazanmaq çətinləşir"
0
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola mövsümü dəyərləndirib.
Sportal.az “sport.es” portalına istinadən xəbər verir ki, ispan mütəxəssis mövsümü İngiltərə Premyer Liqasında 3-cü pillədə başa vuran komandası barədə bunları deyib:
“Mövsüm çətin oldu. Çempionlar Liqasında çox problem yaşadıq, stabil deyildik. Biz vacib titul qazandıq, Çempionlar Liqasına düşdük. İngiltərədə bu, bəzi kuboklardan daha vacibdir. Bu tapşırıq getdikcə çətinləşir, hazırda 7-9 komanda vəsiqə uğrunda mübarizə aparır. Mövsümü yüksək notda başa vurduq, indi klublararası dünya çempionatının vaxtıdır. Biz buna yaxşı formada və uzağa getmək niyyətindəyik”.