
"Rizespor"dan ayrılan futbolçu "Lion"a keçir
0
"Rizespor"dan ayrılan Raşid Gezzal karyerasını Fransada davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Lion" əlcəzairli vingerin keçidini həll edib. Bu barədə OETL məlumat yayıb.
Liqa 1 klubu Qezzalla razılıq əldə edib. 33 yaşlı ön xətt oyunçusu "Lion"la 1+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Raşid Qezzal ötən ilin yayında "Beşiktaş"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Rizespor"a keçib. Təcrübəli futbolçu Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 4 qol vurub, 2 qol ötürməsi edib. O, "Lion"un yetirməsidir.