"Sabah" qazaxıstanlı qapıçıya müqavilə təklif etdi

"Sabah" qazaxıstanlı qapıçıya müqavilə təklif etdi

 
0

"Sabah" klubla müqaviləsi başa çatan Stas Pokatilovu komandada saxlamaq istəyir.

Sportal.az xəbər verir ki, Azərbaycan Kubokunun qalibi qazaxıstanlı qapıçıya yeni sözləşmə təklif edib. Bu barədə "Vesti.kz" saytı məlumat yayıb.

Masazır təmsilçisi növbəti mövsümdə də "çərçivə"ni Pokatilova əmanət etməyi planlaşdırır.

Qeyd edək ki, Stas Pokatilov ötən mövsümün ikinci yarısında "Sabah"a qoşulub. 32 yaşlı qolkiper komandanın heyətində 19 rəsmi matçda meydana çıxıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.