
"Sabah" səfərdə "Levski"yə belə məğlub oldu - GENİŞ İCMAL
0
Bu gün “Sabah” Konfrans Liqasının təsnifat mərhələsində III turun ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv səfərdə Bolqarıstanın "Levski" klubu ilə qarşılaşıb. Matçda meydan sahibləri son dəqiqədə vurduğu qolla qələbə qazanıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 14-də baş tutacaq.
22:00 “Levski” (Bolqarıstan) – “Sabah” (Azərbaycan) 1:0
Qol: B.Rupanov,90+8
Sofiya, Georgi Asparuhov stadionu
Baş hakim - Duye Strukan (Xorvatiya)