"Sabah" Ukrayna klubunun qapıçısını istəyir    - 500 min avro tələb edirlər

"Sabah" Ukrayna klubunun qapıçısını istəyir - 500 min avro tələb edirlər

 
0

Moldova millisinin və “Veres”in qapıçısı Andrey Kojuxar karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 26 yaşlı qolkiper "Sabah"ın maraq dairəsindədir. Belçikanın “Dender” klubunun da transfer siyahısında yer alan Kojuxarın “Sabah”a keçəcəyi gözlənilir.

“Veres” futbolçusu üçün ən azı 500 min avro gəlir əldə etmək niyyətindədir. Ötən mövsüm qapıçı UPL-də klubunun heyətində 27, Ukrayna kubokunda isə iki oyun keçirib.

25 yaşlı qapıçının "Veres"lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində "Çernomorets"(Ukrayna), "Valmiera"(Latviya), "Mixalovçe"(Slovakiya), "Karpatı"(Ukrayna) klublarının üzvü olub.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.