
Salah Premyer Liqada növbəti uğura imza atdı
0
"Liverpul"un misirli futbolçusu Məhəmməd Salah növbəti uğurlu göstəriciyə imza atıb.
Sportal.az xəbər verir ki, 33 yaşlı vinger Premyer Liqada ən çox qol vuran 4-cü futbolçu olub.
Salah mövsümün ilk turunun "Bornmut"la matçında (4:2) fərqlənib. Ulduz futbolçu İngiltərə çempionatında vurduğu qolların sayını 187-yə çatdırıb. Təcrübəli oyunçu turnirin bombardirləri sayahısındə Endi Kola çatıb.
Qeyd edək ki, Premyer Liqa tarixinin ən məhsuldar futbolçusu 260 qolla Alan Şirerdir. Harri Keyn (213) ikinci, Ueyn Runi (208) üçüncü sıradadır.