
"Şamaxı" yay planını açıqladı
0
“Şamaxı”nın yay hazırlıq planı məlum olub.
Sportal.az xəbər verir ki, təlim-məşq toplanışı iki mərhələdən ibarət olacaq. İlk mərhələ iyulun 5-i Qəbələdə start götürəcək və iyulun 26-na qədər davam edəcək. İkinci mərhələ isə Şamaxıda baş tutacaq və avqustun 7-nə qədər davam edəcək.
Bölgə təmsilçisi hazırlıq zamanı 5 yoxlama oyunu keçirməyi planlaşdırılır.
Rəqiblərin kimliyi, oyunların vaxtı və keçirilmə yeri haqda əlavə məlumat veriləcək.