
"Şaxtyor" "Napoli"nin təklifini rədd edib
0
"Şaxtyor" Georgiy Sudakov üçün "Napoli"nin təklifini rədd edib.
Sportal.az xəbər verir ki, İtaliya klubu 22 yaşlı yarımmüdafiəçinin transferi üçün 35 milyon avro sabit məbləğ və əlavə olaraq 5 milyon avro bonus təklif edib. Bundan başqa, neapollular futbolçunun gələcək satışından müəyyən faiz də "Şaxtyor"a verməyə hazır olublar. Lakin bu təklif Donetsk klubunu qane etməyib.
Georgiy Sudakov cari Ukrayna çempionatında 24 oyunda iştirak edib, 11 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.