"Səbail"in futbolçusu "Şamaxı"ya keçəcək

"Səbail"in futbolçusu "Şamaxı"ya keçəcək

 
0

Premyer Liqanı tərk edən "Səbail"in futbolçusu Oruc Məmmədov klubunu dəyişəcək.

Sportal.az saytına verilən məlumata görə, 20 yaşlı yarımmüdafiəçi Premyer Liqada oynamağa davam edəcək.

U-21 millimizin xidmətində maraqlı olan klub "Şamaxı"dır. Hazırda millinin düşərgəsində olan gənc futbolçu bölgə təmsilçisi ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Oruc Məmmədov başa çatan mövsümdə "Səbail"in heyətində 18 rəsmi matçda iştirak edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.