
"Səbail"in hədəfi Premyer Liqaya qayıtmaqdır
0
Premyer Liqanı tərk edən "Səbail" növbəti mövsümdə 1-ci Liqada mübarizə aparacaq.
Sportal.az saytına verilən məlumata görə, Bayıl təmsilçisinin yeni mövsüm üçün büdcəsi müəyyənləşib.
Sponsor kluba 500 min manat maliyyə vəsaiti ayıracaq. Dövlətin klublara verdiyi 300 min manatla birlikdə klubun büdcəsi 800 manat təşkil edəcək.
"Səbail"in əsas hədəfi yenidən Premyer Liqaya qayıtmaq olacaq. "Dənizçilər" bunun üçün iddialı heyət quracaq.
Artıq "Neftçi"dən ayrılan Rəhman Hacıyevlə razılıq əldə olunub. Klub heyətə Premyer Liqa təcrübəsi olan bir neçə oyunçunu da cəlb etməyi planlaşdırır.