"Sumqayıt" fransalı müdafiəçi transfer etdi -    RƏSMİ

"Sumqayıt" fransalı müdafiəçi transfer etdi - RƏSMİ

 
0

2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son mövsümü "Fakel" (Voronej, Rusiya) klubunda keçirmiş Rayan Senhadji ilə 2+1 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı əlcəzairli mərkəz müdafiəçisi "Sumqayıt"da "72" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Sumqayıt" buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli və Aleksandr Ramalinqomu heyətinə qatıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.