
Superliqaya qayıtdılar, "Qalatasaray"ın əfsanəsi ilə anlaşdılar
0
2025/2026 mövsümündən Superliqada mübarizə aparacaq "Kocaelispor" yeni baş məşqçi ilə anlaşıb.
Sportal.az xəbər verir ki, İzmit təmsilçisi Selçuk İnanla anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla 1+1 illik müqavilə imzalanıb.
"Qalatasaray"ın əfsanəvi futbolçularından hesab edilən İnan sonuncu dəfə "Qaziantep"i çalışdırmışdı.
Qeyd edək ki, "Kocaelispor" 16 ildən sonra Superliqaya geri qayıdıb.