Türkiyəli futbolçu 2 matç komandasına kömək edə bilməyəcək

Türkiyəli futbolçu 2 matç komandasına kömək edə bilməyəcək

 
0

İtaliya Futbol Federasiyası “Yuventus”un türkiyəli futbolçusu Kənan Yıldızı 2 oyunluq cəzalandırıb.

Sportal.az xəbər verir ki, A seriyasının 34-cü turunda keçirilən “Monza” ilə oyununda (2:0) birbaşa qırmızı vərəqə alaraq meydandan qovulan 20 yaşlı futbolçu növbəti 2 turda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Turin klubu növbəti 2 turda "Bolonya" və "Latsio" ilə vacib matçlara çıxacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.