U-21 millimizin üzvü "Şamaxı"da -    Ayxan Abbasov "Səbail"dən xahiş edib ki...

U-21 millimizin üzvü "Şamaxı"da - Ayxan Abbasov "Səbail"dən xahiş edib ki...

 
0

Dünən "Qəbələ" ilə "Şamaxı" klubları arasında yoxlama matçı keçirilib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda diqqət çəkən məqamlardan biri U-21 millimizin üzvü Emin Rüstəmovun "Şamaxı"nın heyətində yer alması olub. O, ikinci hissədə meydana çıxıb.

Qəribəlik ondadır ki, Rüstəmov "Səbail"in oyunçusudur. Belədə düşünmək olar ki, "Şamaxı" ya onu transfer edib, ya da icarəyə götürüb. Lakin məsələ tam başqaymış.

Sportal.az saytına bununla bağlı açıqlama verən "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov məsələyə aydınlıq gətirib:

"Emin Rüstəmov U-21 millisinin aparıcı oyunçularından biridir. Qarşıda bizi seçmə mərhələnin vacib oyunları gözləyir. Onun çıxış etdiyi "Səbail" bu mövsümdən I Liqada mübarizə aparacaq.Ona görə də gec yığışacaqlar.

Həm də U-21 yığmasının baş məşqçisi kimi məni milli üzvlərinin hazırlığı maraqlandırır. Məhz buna görə "Səbail" rəhbərliyindən xahiş etdim ki, Emin Rüstəmovun "Şamaxı" ilə toplanış keçməsinə icazə versinlər. Sağ olsunlar, sözümü yerə salmadılar, milli komandanın mənafeyini düşündülər. Rüstəmov toplanışın ilk günündən bizimlədir. Lakin "Səbail" yığışanda, Emin onların düşərgəsinə yollanacaq".

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.