
UEFA-dan 2 Premyer Liqa klubuna cəza - "Beşiktaş" da limiti keçdi
0
UEFA "Çelsi" və bir sıra digər klubları heyətə xərclər limitini aşdıqları üçün cəzalandırıb.
Sportal.az xəbər verir ki, bu qayda oyunçu heyətinə edilən ümumi xərclərin klubun gəlirlərinə nisbətini məhdudlaşdırır. 2024-cü ildə başa çatan maliyyə ili üçün bu limit klub gəlirlərinin 80%-i səviyyəsində müəyyən olunmuşdu. 2025/26 mövsümündən etibarən isə bu göstərici 70%-ə endiriləcək.
UEFA müəyyən edib ki, dörd klub bu həddi aşıb, onların xərcləri gəlirlərin 80%-dən 90%-ə qədərini təşkil edib.
- "Çelsi" bu səbəbdən 11 milyon avro
- "Aston Villa" 6 milyon avro
- "Beşiktaş" 900 min avro
- "Panatinaikos" isə 400 min avro məbləğində cərimələnib