
Ukraynalı müdafiəçi PSJ-də - RƏSMİ
0
PSJ müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Liqa 1 nəhəngi "Bornmut"dan İlya Zabarnıyı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
PSJ ukraynalı mərkəz müdafiəçisi üçün İngiltərə klubunaa 60+3 milyon avro təzminat ödəyəcək. 22 yaşlı mərkəz müdafiəçisi Paris klubu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Bornmut" İlya Zabarnıyı 2023-cü ilin yanvar ayında Kiyev "Dinamo"sundan transfer etmişdi. Ukrayna millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.