
Ulduz futbolçu karyerasını başa vurur
0
"İnter Mayami"nin hücumçusu Luis Suares gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, uruqvaylı futbolçu karyerasını başa vurmağa hazırlaşır. Bu barədə AS nəşri məlumat yayıb.
Suaresin ABŞ klubu ilə müqaviləsi bu ilin 31 dekabr tarixində başa çatır. 38 yaşlı forvard bundan sonra peşəkar karyerasına nöqtə qoyacaq.
Qeyd edək ki, Luis Suares "Nasyonal"ın yetirməsidir. Ulduz futbolçu daha sonra "Qroningem", "Ayaks", "Liverpul", "Barselona", "Atletiko" və "Qremio"da çıxış edib. Uruqvay millisinin heyətində 143 oyun keçirən Suares 69 qol vurub.