Uruqvaylı futbolçu karyerasını Messi ilə birgə başa vurmaq istəyir

Uruqvaylı futbolçu karyerasını Messi ilə birgə başa vurmaq istəyir

 
0

Luis Suares karyerasını Lionel Messi ilə eyni vaxtda başa vurmaq istədiyini açıqlayıb.

Sportal.az xəbər verir ki, hər iki futbolçunun “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilin sonunda başa çatır.

"Düşünürəm ki, biz artıq kifayət qədər yetkin insanlarıq və hər birimiz özümüz üçün ən doğru qərarı verəcəyik.

Mənimlə bağlı dəqiq heç nə deyə bilmərəm, amma karyeramı onunla birlikdə bitirmək istərdim. Çünki biz bu barədə illərdir danışırıq. Bu baş verə bilər, mümkündür. Amma bu, həm də müqavilələrimizin uzadılmasından asılıdır və hər birimiz doğru qərarı lazımi anda verəcəyik", – deyə “İnter Mayami”nin hücumçusu bildirib.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.