
Yamal 18 yaşını qeyd edir - sərt qaydalar olacaq
Sabah" Barselona"nın futbolçusu Lamin Yamalın doğum günüdür.
Sportal.az xəbər verir ki, gənc oyunçunun 18 yaşı tamam olur.
Ulduz futbolçu doğum gününü böyük şənliklə qeyd edəcək. Tədbirdə bir çox məşhur şəxslər, futbolçular iştirak edəcək.
Lamal şənliyə gələcək şəxslərə müəyyən qadağalar tətbiq edib. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Mobil telefonlar gətirmək, şəkil çəkmək qadağan olunub. Narkotik vasitələrdən istifadə etməyə qəti şəkildə icazə yoxdur. İspaniya millisinin üzvü doğum gününə gələn bütün şəxslərin yox xərclərini və yemək xərclərini qarşılayacaq.
Qeyd edək ki, Lamin Yamal "Barselona"nın yetirməsidir. O, ötən mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 55 rəsmi matçda 18 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.