
Yığmamızın üzvü Rusiyaya qayıtdı
0
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Yelizaveta Ruban karyerasını yenidən Rusiyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, Rumıniyanın "Alba" klubundan ayrılan hücumçu keçmiş klubu "Leninqradka"ya qayıdıb.
Xatırladaq ki, Ruban 2018-2020-ci illərdə Sankt-Peterburq təmsilçisinin heyətində çıxış edib.