
"Zirə" məşhur brendlə əməkdaşlığa başlayır
0
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən "Zirə" məşhur brendlə anlaşıb.
Sportal.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi "Adidas"la əməkdaşlığa başlayır. Şirkət komandanın oyun və məşq geyim dəstlərini hazırlayacaq.
Qeyd edək ki, "Zirə" bu vaxta qədər "Joma" brendi ilə əməkdaşlıq edirdi.