
"Zirə" və "Araz-Naxçıvan" üçün daha 4 potensial rəqib: "Rapid", "Beytar"
“Zirə” və “Araz-Naxçıvan”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində daha 4 potensial rəqibi bəlli olub.
Sportal.az xəbər verir ki, hər iki təmsilçimiz püşkatmada səpələnməmişlər sırasında yer alacaq.
Əvvəllər məlum olan potensial rəqiblər sırasına aşağıdakı klublar əlavə edilib: “Rapid” (Vyana, Avstriya), “Silkeborq” (Danimarka), “Lozanna” (İsveçrə) və “Beytar” (Yerusəlim, İsrail). Beləliklə, 44 mümkün rəqibdən hazırda 29-u bəllidir: “AZ Alkmaar”(Hollandiya), “Rapid” (Vyana, Avstriya), “Sparta” (Praqa, Çexiya), “Başakşəhər” (Türkiyə), “Makkabi” (Hayfa, İsrail), “Omoniya” (Kipr), “Yagelloniya” (Polşa), “Santa –Klara”(Portuqaliya), “Astana”(Qazaxıstan), “Şarlerua”(Belçika), “Hayduk”(Xorvatiya), “Riqa”(Latviya), “Maribor”(Sloveniya), AEK(Yunanıstan), “Balkani”(Kosovo), “DAK 1904”(Slovakiya), “Rakuv”(Polşa), “Rosenborq”(Norveç), “Vikinq” (Norveç), “Aris” (Yunanıstan), "Austriya" (Avstriya), “Vaduts”(Lixtenşteyn), “Dandi Yunayted” (Şotlandiya), “Bröndbü”(Danimarka), "Silkeborq" (Danimarka), "Lozanna" (İsveçrə), "Puşkaş Akademiya" (Macarıstan), "Universitatea" (Krayova, Rumıniya) və "Beytar" (Yerusəlim, İsrail).
Qalan potensial rəqiblər Çempionlar Liqasının təsnifat mərhələsində 1-ci turun oyunlarının nəticələrinə əsasən müəyyənləşəcək. 2-ci turun püşkatma mərasimi iyunun 18-də, görüşlər isə iyulun 10 və 17-də keçiriləcək.