"Zirə"dən Türkiyə klubuna 4 cavabsız qol

"Zirə"dən Türkiyə klubuna 4 cavabsız qol

 
0

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv yerli "Pendikspor"la üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Brahim Konate (64), Davit Volkov (66) və Junior Martins (73, 79) vurub.

Qeyd edək ki, "Zirə" Türkiyədə bundan əvvəl 3 hazırlıq matçına çıxıb. "Qartallar" "Ankara Keçiörengücü", "Çorum" və "Əl-Hüseyin"ə (İordaniya) qalib gəlib.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.