
18 yaşlı argentinalı futbolçu əməliyyat zamanı vəfat etdi
0
18 yaşlı argentinalı yarımmüdafiəçi Kamilo Nuin dizindən əməliyyat zamanı vəfat edib.
Sportal.az xəbər verir ki, futbolçu 2022-ci ildən etibarən Argentina ikinci divizion klubu olan "San-Telmo"nun heyətində çıxış edirdi. Daha əvvəl o, "Boka Xuniors" və "İndependyente" klublarının akademiyalarında oynayıb.
Ölüm səbəbi hələlik açıqlanmayıb.
"San-Telmo"nun rəsmi bəyanatında deyilir:
"Dərin kədər hissi ilə bu gün əməliyyat olunan gənclər və ehtiyat komandamızın futbolçusu Kamilo Ernesto Nuinin vəfatını bildiririk. Bu gün klub yas səbəbilə bağlı qalacaq. Bu çətin zamanda ailəsi, dostları və komanda yoldaşlarının yanındayıq və lazım olan hər bir dəstəyə hazırıq."