"Neftçi"də paraqvaylı yarımmüdafiəçi -    RƏSMİ

"Neftçi"də paraqvaylı yarımmüdafiəçi - RƏSMİ

 
0

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Sportal.az xəbər verir ki, paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis artıq “Neftçi” ailəsinin üzvüdür. 25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb.

Bunadək yalnız vətənində çıxış etmiş Ortisin məxsus olduğu klub “Sportivo Ameliano”dur. O, bu ilin əvvəllərindən meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.