
2-ci Liqada yeni mövsüm start götürdü - ilk oyun günündə 3 matç
Bu gün Azərbaycan 2-ci Liqasında yeni mövsümə start verilib.
Sportal.az xəbər verir ki, çempionatın ilk turunun ilk oyun günündə 3 görüş keçilib.
"Quba" "Qaradağ Lökbatan"a, "Şəmkir" isə "Şirvan"a qalib gəlib. "Göygöl" – "Araz-Saatlı" matçı isə bərabərliklə başa çatıb.
Turun digər oyunları sabah keçiriləcək.
6 sentyabr (şənbə)
“Quba” – “Qaradağ Lökbatan” - 2:0
Qollar: V.Hüseynov, 45+3 - avtoqol; V.Cəfərov, 90+3
Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Kərim Zeynalov, Niyaz Əhmədov
Quba OİK stadionu
“Şirvan” – “Şəmkir” - 1:2
Qollar: Q.İbrahimov, 80 – T.Məmmədzadə, 29; C.Rəcəbli, 41
Hakimlər: Əkbər Əhmədov, Kamran Bayramov, Sadiq Əliyev, İslam Məmmədov
Şirvan OİK stadionu
“Göygöl” – “Araz Saatlı” - 1:1
Qollar: Z.Məmmədov, 20 – Y.Yusubov, 30
Hakimlər: Elvin Bayramov, Teymur Teymurov, Ruslan Məmmədov, Sənan Bayramzadə
Göygöl OİK stadionu