
30 yaşlı uelsi qolkiper Premyer Liqa klubunda - RƏSMİ
0
"Everton" qapıçı Tom Kinqi transfer edib.
Sportal.az xəbər verir ki, 30 yaşlı uelsli futbolçu klubla 30 iyun 2027-ci ilədək müqavilə imzalayıb.
O, "Vulverhempton"a ötən mövsüm qoşulmuşdu və bundan əvvəl İngiltərənin aşağı liqa klublarında çıxış etmişdi.
Xatırladaq ki, Kinq Uels millisində debütünü 2024-cü ilin iyununda Cəbəllütariqə qarşı yoldaşlıq oyununda edib.