
Alkantara yenidən "Barselona"ya qayıda bilər
Tiaqo Alkantara yenidən Hansi Flikin "Barselona"dakı məşqçi heyətinə qoşula bilər.
Sportal.az xəbər verir ki, "Barselona", "Bavariya", "Liverpul" və İspaniya millisinin sabiq yarımmüdafiəçisi ötən yay futbolçu karyerasını başa vurmuşdu. 2024-cü ilin iyulunda o, Flikin "Barselona"dakı məşqçi heyətinə daxil oldu, lakin bir ay sonra komandadan ayrıldı.
Diario Sportun məlumatına görə, Flik və Tiaqo "Bavariya"da birgə işlədikləri dövrdən etibarən yaxşı münasibətlər saxlayırlar.
Hesab olunur ki, ötən yay ispan məşqçi Flikin "Barselona"ya uyğunlaşmasına və alman mütəxəssisin ideyalarını daha yaxşı həyata keçirməsinə kömək edib.
Tiaqo hələlik məşqçi lisenziyasını əldə etməlidir. Bu baş verdikdən sonra o, Flikin məşqçi heyətinə qayıda bilər.