"Premyer Liqa çempionluğu uğrunda mübarizə aparmaq üçün bizə hələ bir neçə il vaxt lazımdır"

"Premyer Liqa çempionluğu uğrunda mübarizə aparmaq üçün bizə hələ bir neçə il vaxt lazımdır"

 
0

Con Terri hesab edir ki, "Çelsi" yaxın illərdə Premyer Liqa uğrunda mübarizə aparmayacaq.

Sportal.az xəbər verir ki, "Çelsi"nin sabiq kapitanı mətbuata açıqlamasında bunları qeyd edib:

"Çelsi"nin Premyer Liqadakı durumu məni məyus edir, çünki istəyirəm 'Çelsi' ən böyük titulları qazansın. Bəs biz buna nə qədər yaxınıq?

Düşünürəm ki, yenidən Premyer Liqa uğrunda mübarizə aparmaq üçün bizə hələ bir neçə il lazımdır. 'Arsenal', 'Mançester Siti' və 'Liverpul'u çatmalıyıq ki, bu mübarizədə şansımız olsun.

Bizə təcrübə lazımdır, bu da yalnız qələbələrlə qazanılır. Ən yaxşı hücumçu, ən yaxşı qapıçı üçün mübarizə aparmalıyıq. Ən yaxşı futbolçuları cəlb etmək, sonra isə qalib gəlmək və ən böyük titullar uğrunda döyüşmək lazımdır. Amma, biz hazırda bunu etmirik. Heyətimizdə nə Droqba, nə də Hazard səviyyəsində futbolçular var."

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.