
"Araz-Naxçıvan"ın yeni transferi komandaya qoşuldu
0
UEFA Konfrans Liqasının II mərhələsinin cavab oyununda "Aris"lə qarşılaşacaq "Araz-Naxçıvan" hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, komandanın son transferi Rahil Məmmədov da "qırmızı-ağlar"ın heyətində ilk məşqinə çıxıb.
Qeyd edək ki, "Aris" - "Araz-Naxçıvan" matçı iyulun 31-də baş tutacaq. Bakıda keçirilən ilk görüş Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.