
"Səbail" sabah bir araya gəlir - Bayıl stadionunda toplaşırlar
0
Qarşıdakı mövsümü I Liqada mübarizə aparacaq "Səbail" sabah bir araya gəlir. Bayıl təmsilçisi yenidən Premyer Liqaya qayıtmaq üçün çalışacaq.
Futbolinfo.az saytının yaydığı məlumata görə, "Səbail" Bayıl stadionundan çıxarılıb. Sportal.az saytına açıqlama verən mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bu xəbəri təkzib edib:
"Sabah axşam saatlarında Bayıl stadionunda məşqə çıxacağıq. Yəni bu iddialar əsassızdır. Sadəcə akademiyamız fəaliyyət göstərmədiyi üçün AFFA-dan yalnız gündəlik məşq və oyunlar üçün yer istəmişik. Qalan vaxtlarda meydançanın başqa komandaların ixtiyarına verilməsi normaldır".
Qeyd edək ki, Bayıl stadionu ötən aydan "Sabah"ın akademiyasının istifadəsinə verilib.