"Aris"in yeni transferi "Araz-Naxçıvan"la matçdan öncə:    "Məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə düşməkdir"

"Aris"in yeni transferi "Araz-Naxçıvan"la matçdan öncə: "Məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə düşməkdir"

 
0

Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunda “Araz-Naxçıvan”ın rəqibi olan “Aris” yeni qapıçı ilə sıralarını gücləndirib.

Sportal.az xəbər verir ki, yeni transfer Georgios Athanasiadis klubun mətbuat xidmətinə açıqlama verib. Saloniki təmsilçisi ilə 1+1 şərti ilə müqavilə imzalamış 31 yaşlı qolkiper bunları deyib:

“Möhtəşəm kluba qoşuluram. Məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə düşməkdir. Eyn zamanda da, Yunanıstanda lider mövqe tutmaqdır. Ümid edirəm ki, kluba kubok qazana biləcəyik”. Xatırladaq ki, “Araz Naxçıvan” – “Aris” qarşılaşmaları iyulun 24-ü və 31-də baş tutacaq.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.