"Arsenal" futbolçu ilə müqaviləni uzadacağına əmindir

"Arsenal" futbolçu ilə müqaviləni uzadacağına əmindir

 
0

"Arsenal" Maylz Lyuis-Skelli ilə müqaviləni uzadacağına əmindir.

Sportal.az xəbər verir ki, həm müdafiənin sol cinahında, həm də yarımmüdafiənin mərkəzində çıxış edən oyunçunun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Daha əvvəl məlumat verilmişdi ki, "Real Madrid" gələn il onu azad agent kimi transfer edə bilər.

Fabritiso Romanonun məlumatına görə, London klubu Lyuis-Skelli ilə yeni müqavilə imzalamaqda optimistdir, çünki danışıqlar artıq irəliləmiş mərhələdədir.

"Arsenal" digər klubların marağı ilə bağlı yayılan xəbərlərə görə narahatlıq keçirmir və öz akademiyasının yetirməsinin komandada qalacağını gözləyir.

18 yaşlı futbolçu Premyer Liqada keçirdiyi 23 oyunda 1 qol vurub.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.