"Etiraf edim ki, onun "Qalatasaray"a gedəcəyini gözləmirdim"

"Etiraf edim ki, onun "Qalatasaray"a gedəcəyini gözləmirdim"

 
0

"Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix, Leroy Sanenin "Qalatasaray"a keçidi ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, "Sport Bild"ə danışan Kimmix bunları qeyd edib:

"Əgər son həftələri izləyirdinizsə, onun komandadan ayrılacağı bir qədər gözlənilən idi. Futbolçu ilə klub arasında münasibətlərin yaxşı olmadığı hiss olunurdu. Amma etiraf edim ki, onun "Qalatasaray"a gedəcəyini gözləmirdim, bu məni bir az təəccübləndirdi. Dürüst desəm, belə bir addım atacağını düşünməzdim. Amma ümid edirəm ki, geri baxanda deyəcək: "Bu doğru qərar idi'."

12 iyun tarixində "Qalatasaray" 29 yaşlı alman futbolçusu ilə üç illik müqavilə imzaladığını elan edib. Sanenin "Bavariya" ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədər qüvvədədir, buna görə də o, klublararası dünya çempionatında Münhen təmsilçisinin heyətində çıxış edəcək.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.