
"Atletiko" "Çelsi"nin müdafiəçisi ilə anlaşdı
0
"Çelsi"nin müdafiəçisi Renato Veyqa karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Atletiko" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Madrid klubu Veyqa ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Çelsi" 21 yaşlı mərkəz müdafiəçisi üçün 40 milyon avro tələb edir. Klublar danışıqları davam etdirir.
Qeyd edək ki, Renato Veyqa ötən mövsümün ikinci yarısında icarə əsasında "Yuventus"da çıxış edib. Portuqaliya millisinin üzvü Turin təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.