"Milan" ekvadorlu futbolçunu heyətinə qatacaq

"Milan" ekvadorlu futbolçunu heyətinə qatacaq

 
0

Pervis Estupinyan “Milan”a keçəcək.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, İtaliya klubu “Brayton”la 27 yaşlı müdafiəçinin transferi barədə şifahi razılığa gəlib. Futbolçu uzunmüddətli müqavilə imzalayacaq.

Transferin məbləği 17 milyon avro təşkil edəcək, əlavə olaraq 2 milyon avro bonus ödənişləri də nəzərdə tutulub.

Ekvadorlu futbolçu ötən mövsüm Premyer Liqada 30 oyunda iştirak edib, 1 qol və 1 assistlə yadda qalıb.

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.