
Azərbaycan millisi Xorvatiyadakı Avropa çempionatına hazırlaşır
0
Futzal üzrə tələbələrdən ibarət Azərbaycan millisi Xorvatiyada keçiriləcək Avropa çempionatına hazırlaşır.
Sportal.az xəbər verir ki, Zaqrebdəki turnir iyulun 17-də start götürəcək. Yığmamızı minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi, kollektivi ilə dünya çempionu olmuş Elşad Quliyev hazırlayır.
Ona futzal üzrə Azərbaycan milli komandasının sabiq məşqçisi Vitali Borisov kömək edəcək.