"Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, bu barədə özümüz tədbir görəcəyik"    - AFFA-nın baş katibi

"Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, bu barədə özümüz tədbir görəcəyik" - AFFA-nın baş katibi

 
0

Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, bu barədə özümüz tədbir görəcəyik.

Sportal.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib.

O, bu gün İslandiya yığmasına qarşı keçirilən DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı danışıb:

"Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı olan hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin hesabatını gözləyirik. O, komandanı oyuna hazırlaya bilməyib".

Qeyd edək ki,  İslandiya - Azərbaycan görüşü meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.(Report.az)

PaylaşPaylaş

Şərhlər yüklənir...

© 2025 SOLO SOFT MMC. Bütün hüquqlar qorunur.